Dörd yaşlı Əlikişinin anası: “Qızıllarımı, dəyərli əşyalarımı satmışam, müalicəyə imkanımız çatmır” - FOTO

Dörd yaşlı Əlikişi beta-talasemiya xəstəliyindən əziyyət çəkir.

Bu barədə Lim10.az-a onun anası Rəvanə Fərəcova məlumat verib.

O bildirib ki, övladının xəstəliyindən iki ilə yaxındır xəbərləri olub.

“Əlikişinin dörd yaşı var. Artıq iki ilə yaxındır ki, beta-talasemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən müalicələrin hamısını vaxtında etmişik. Hər ay Bakıya Əlikişiyə qan köçürülməsi üçün gəlirik. Övladımın müalicəsinin bir hissəsi dövlət tərəfindən qarşılansa da, gündəlik müalicələri və dərmanları çox bahadır”.

Rəvanə Fərəcova övladının müalicəsi üçün hazırda 540 manata ehtiyacları olduğunu deyib.

“Yoldaşım fəhlə işləyir, mən isə evdar qadınam. Əlikişinin bu aylıq müalicəsi üçün 540 manata ehtiyacımız var. İnanın artıq iki ildir ki, maddi olaraq tükənmişik. Övladımın müalicələri, gündəlik xərcləri qarşılamaq tək yoldaşımın boynuna düşür. Evlənən zaman alınan qızıllarımı, dəyərli əşyalarımı, hər şeyimi satmışam. İnanın əlimdə pula gedəcək heç nə qalmayıb. İmkanlı şəxslərdən bu müqəddəs ayda övladıma dəstək olmaqlarını xahiş edirəm. Onun müalicələri gecikdiyi zaman halı pisləşir, vəziyyəti ağırlaşır. Sizə övladıma dəstək olmaq üçün yalvarıram”.

Ailə ilə əlaqə: (055) 627-67-15.

Beybəlxalq Bank: 4127 2093 0127 4160.