Ermənistan KTMT-nin təlimlərinə qoşulmayacaq - Ermənistan MN

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin sentyabrın 26-dan oktyabrın 8-dək Qazaxıstanda keçiriləcək təlimlərində iştirak etməyəcək -, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti nəzərə alaraq, Ermənistan Müdafiə Nazirliyi KTMT çərçivəsində Qazaxıstanda keçirilən təlimlərdə iştirakdan çəkinmək qərarına gəlib”, - məlumatda deyilir.