Lukaşenko da Putinə "yox" dedi

Belarus Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirməkdən imtina edib:

"Hazırda, bu gün əldə edilən yüksək hərbi texnologiyanı nəzərə alaraq, hesab edirəm ki, Belarus ərazisində əlavə xarici, indiki halda Rusiya hərbi bazalarının yerləşdirilməsinin mənası yoxdur", - xarici işlər naziri Vladimir Makei bildirib.

Lakin o, bunun gələcəkdə baş verə biləcəyini istisna etməyib.