Yol polisi vətəndaşlara müraciət etdi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib:
“Bildiyiniz kimi, hər il sentyabrın 27-də ölkəmizdə Vətən Müharibəsi Şəhidlərinin Anım Günü qeyd olunur. Şəhidlərimizi dərin rəhmətlə yad edirik!
Vətəndaşlarımızdan II Şəhidlər Xiyabanı və Dağüstü Park istiqamətində hərəkət edərkən ictimai nəqliyyata üstünlük vermələrini xahiş edirik. Hər iki istiqamətdə yol şəhərin mərkəzi küçələrindən keçir və parkinq imkanları məhdud olduğundan, bu istiqamətlərdə insan və nəqliyyat sıxlığı gözləniləndir.
Sürücülər nəzərə almalıdırlar ki, bura gedənlərin sayı çox olacaq. Gün ərzində - səhərdən axşama qədər əməkdaşlarımız yollarda hərəkətin tənzimlənməsi üçün lazımi tədbirlər görəcəklər.
Bir daha qeyd edirəm ki, şəxsi avtomobillərə üstünlük verməyin, ərazi şəxsi avtomobillər üçün uyğun deyil. Maşın saxlamaq üçün imkanlar azdır. İctimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.