Paşinyan Makrondan nəyi xahiş etdi?

Paşinyan Makronla görüşündə aşağidakı tezisləri dilə gətirib:

▪️  Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir

▪️  Sərhəd demarkasiya və delimitasiya edilmədiyi üçün Ermənistanla Azərbaycan arasında dəqiqləşdirilmiş sərhəd olmadığına dair fərziyyələrin reallıqlə heç bir əlaqəsi yoxdur. Ermənistan və Azərbaycan 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında sazişi imzalayıb, ratifikasiya etdilər və bununla da faktiki olaraq bir-birlərinin sərhədlərini tanıdılar.

▪️Beynəlxalq müşahidə missiyası Ermənistandakı mövcud vəziyyəti dolayı yox, birbaşa öyrənə biləcək.

▪️  BMT Təhlükəsizlik Şurası da məsələni diqqət mərkəzində saxlamalıdır və bu məsələdə Ermənistan BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın dəstəyini gözləyir.

▪️  8 dekabr 1991-ci il tarixli razılaşma ilə təsdiq edilmiş sərhədlərin qarşılıqlı tanınması ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması zəruridir.

▪️Ermənistan keçdikləri ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır.

▪️Biz Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək Dağlıq Qarabağ məsələsinin həllinə də önəm veririk.

▪️Azərbaycan-Dağlıq Qarabağ müzakirələrinə başlamaq faydalı ola bilər.