Vardanyanın bankı Gürcüstana satılır
Ermənistan Mərkəzi Bankı Vardanyanın bankının Gürcüstana satılmasına razılıq verib
Ermənistan Mərkəzi Bankı Gürcüstanın “Bank of Georgia” bankının sahiblərinə “Ameriabank”ın satışı ilə bağlı razılıq verib.
"Armenia Today" xəbər verir ki, Mərkəzi Bank bu qərarı Şuranın martın 29-da keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın Baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.
"Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.