Türk Hava Yolları yanvarın 12-də gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanından qalxan və enən 54 uçuşun ləğv edildiyini açıqlayıb.
Lim10.az xəbər verir ki, bunu THY-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Yahya Üstün "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, uçuşlara məhdudiyyətlər Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qərarına əsasən tətbiq olunur.(oxu.az)



















