Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Azərbaycana səfər edəcək

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.