Yol pulu bahalaşacaq
TŞ qərar verməyə hazirlaşir
Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər.
Bu barədə Tarif Şurasından bildirilib.
Məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.
Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
Qeyd edək ki, hazırlanacaq təklifləri təcrübədən çıxış edərək, proqnozlaşdirmaq heç də çətin deyil. Adı çəkilən müvafiq qurumların qiymət artımından başqa heç bir təklif vermək qabiliyyəti yoxdur. Odur ki, yaxın zamanlarda sərnisindaşıma nəqliyyatında yol pulunun bahalaşaraq 40 qəpik olacağına heç kim şübhə etməsin.