"Şimal axını" ilə Avropaya qaz ixracı yenidən dayandırıldı

 “Şimal axını” kəməri ilə Rusiya qazının Avropaya nəqli dayandırılıb.

“TASS“ "Qazprom"a istinadən xəbər verir ki, sonuncu texniki yoxlama onu göstərib ki, fəaliyyətdə olan axırıncı qazvuran qurğunun texniki servisi zamanı qaz sızması aşkar olunub. Bu səbəbdən şirkət kəmər ilə qazın nəqlini tam dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, yanvar ayından bəri bu kəmərlə qaz ixracı artıq 3-cü dəfədir dayandırılır. Avropalı siyasi şərhçilərin əksəriyyəti düşünür ki, kəmərdə texniki nasazlığın olması bəhanədir, əslində Rusiya qaz faktorundan Avropaya qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir.