Niyə kimsəni təhsil və gələcək maraqlandırmır?
Elm və Təhsil Nazirliyi idarə sistemində bir neçə agentlik özünü göstərir ancaq özlərinə uyğun işlərlə məşğuldurlar. Kimi özünü sübut etməyə, məşhur olmağa çalışır, kimi öz sözünü keçirməyə, eqosuna xidmət etməyə, kimisə də daha çox pul qazanmağa. Nəticədə də heç kim "stulundan" vaz keçmir. Məsələ burasındadır ki, əgər bu agentliklər ümumi ölkədəki vəziyyəti analiz edib hərtərəfli yanaşıb qərarlar almazsa, orta yerdə düşünülmüş ən gözəl layihə belə uğursuz olacaqdır. Üstəlik niyə bu qurumlar daima məktəblərin nazir övladları oxuyan lisey və özəl məktəbləri əsas götürən dəyərləndirmələr edirlər. Bu ən böyük haqsızlıqdır. Azərbaycanın fərqli bölgələrindəki ciddi problemlərlə məşğul olmurlar, çatışmazlıqları müəyyənləşdirmirlər, yeni üsullar yaratmırlar, lazımi tədbirlər görmürlər. ANCAQ YENİ LAYİHƏ İRƏLİ SÜRÜB YENİLİK GƏTİRİRLƏR. NİYƏ? Məgər o qədər həllini gözləyən problem heç kimi maraqlandırmırmı? Məgər o qədər qarşısıalınmaz hallara qarşı ciddi tədbirlər görülsəydi indi bu hal yaşanardımı? Niyə hamının bildiyi şeyləri bu qurumlar bilmirlər? Niyə ancaq bir şeyi kimsə ictimailəşdirdikdən sonra addım atılır. Niyə yoxlama edib səhvlər aşkarlamaq yerinə bir dəfə də yoxlama edib məktəblər, şagirdlər leyhinə uğurlu addım atıb çatışmazlıqları ARADAN QALDIRMIRLAR VƏ YA BU SAHƏDƏ ADDIM ATMIRLAR. Problemlər problem olaraq qalır amma fikirləri ancaq yeniliklər, imtahanlar, təlimlərdir. Məgər bu problemlər, çatışmazlıqlar aradan qalxmazsa nə mənası var ki, formal xarakter daşıyan, şablon imtahan və təlimlərin?!.
Niyə kimsəni, hansısa qurumu həqiqətən təhsil və gələcək maraqlandırmır? Ancaq özlərin haqlı çıxartmaq cəhdləri, yenilik gətirmək, səhv tapıb özü ilə fəxr eləmək, eqolarını böyütmək, ən əsası da stullarını qorumaq işinə baxırlar?
***
ADPU müəllim kadrı hazırlayan universitetdir. Amma deyəsən hazırlaya da bilmir. Açıq-açkar metodika və ixtisas üzrə hazırlıq apara bilmədiyini etiraf edir. İlboyu müxtəlif kurslar gedib təıəbələrə seminarlar verirlər. Bir universitet bu qədər aciz olmamalıdır?! Madam idarə edə bilmirsiniz, niyə rəhbəri dəyişmirlər? Kadrları dəyişmirlər? Heç bir universitet oxuyan MİQ imtahanından keçə bilmir. Düzdü burda bir digər günahkar da ARTİ və ETN-dir. Çünki yeni təhsil sisteminə keçdikdən bu yana 18 il keçməsinə baxmayaraq bir metodika kitabı nəşr edilməmişdir. Məqalə və araşdırmalar etməklə metodika təmin olunmur. Bu qədər müəllimi dolayıblar. Nəyə, niyə xidmət edirlər, bu da sual altındadır.
İl boyu TAİM və Prestij-S Tədris Mərkəzi rüşvət verib universitetə girib ordan "müştəri" tutmağa çalışırlar. Çoxu MİQ imtahanı belə verə bilməyən kursda işləyən müəllimləri elmə könül vermiş müəllimlərin "başına çıxarmaq" nə dərəcə düzgündür? Üstəlik əzbərə iki-üç məlumat bilib başqa heç nə bilməyən müəllimləri də "ağıllı", "savadlı" saymaq nə qədər düzgündür?
Bu biabırçılığa hamı susur. Rüşvəti verən içəri daxil olur, guya seminar keçir. Professorların bilmədiyi nəyi tələbələrə izah edə bilərlər?
Təhsili bu hala salanlar utansın!
tehsilmedia.az