Naxçıvanda təhsil müəssisələrində vakant olan təşkilatçı vəzifələr üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Naxçıvanda direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə keçirilib.

Müsabiqədə iştirak edən 97 namizəddən 67-si sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq müsabiqənin test mərhələsində keçid balını toplamış sayılıb və müsahibə mərhələsinə buraxılıb.

Müsahibə mərhələsində isə 27 namizəd müvafiq keçid balını toplayaraq müvafiq vəzifələrə qəbul olunub.

Namizədlər müsabiqə nəticələri ilə bağlı məlumatı https://bitly.ws/3hcLB linkindən öyrənə bilərlər.