HARAYA GETDİN?
Elmira Abdurahmanqzı
Sənsiz aclıbdır göyə əllərim,
Qoymadın bircə gün yanına gəlim.
Nə idi günahım, de mən də bilim?
Üz cevirib məndən, haraya getdin?
***
Yadımdan cıxmayıb şirin gülüşün,
İcazə vermədin sənlə görüşüm?
Axı dərdini səninlə necə bölüşüm?
Üz cevirib məndən, haraya getdin?
***
De niyə həyatdan əlini üzdün?
Söylə, bu qədər həyatdan bezdin?
Axı nədən məndən incyib, küsdün?
Üz cevirib məndən, haraya getdin?
***
Lənətə gəlsin o qanlı savaş,
Gözümdə donubdu axan qanlı yaş.
Günahım nə idi söyləyəydin kaş,
Üz cevirib məndən, haraya getdin?
***
Düşmənin yuvası oda calansın,
Böyüyü kiciyi odda qalansın.
Günahkar kimdisə ocaqsız yansın,
Üz cevirib məndən, haraya getdin?
***
Kaş ki, üzün təbəssümlə güləydi,
Vüqarın düşmənin bağrın dələydi?
Əllərim, əlinə cata biləydi.
Üz cevirib məndən, haraya getdin?
***
Görmədim üzünü, gözünü eldə,
Vəsf etdim şəhigi, qazini eldə.
İsdədim vəsf edəm sözünü eldə.
Üz cevrib məndən, haraya getdin?
***
Elmirayam, mən qəlbi təlaşlıyam,
Demirəm bədbəxtəm, başı daşlıyam.
Ancaq sən gedəni gözü yaşlıyam.
Üz cevirib məndən, haraya getdin?
Üz cevirib məndən, haraya getdin?
44 dünlük müharibənin od alovunda olan dostuma ithaf edirm.
31.08.2022
--------------------------------------------------------
Oxu bülbülüm
Gözüm dolmasın deyə,
Təklik olmasın deyə,
Güllər solmasın deyə,
Oxu bülbülüm, oxu...
***
Gülü dəsdə-dəsdəyəm.
Bülbüləm qəfəsdəyəm.
Həsrətindən xəstəyəm.
Oxu bülbülüm, oxu...
***
Gözüm suyu durulmuş,
Dunya belə qurulmuş,
Gül bülbülə vurulmuş,
Oxu bülbülüm, oxu....
***
Bülbül ayrı gülündən,
Gül ayrı bülbülünden.
Elmiranın dilindən.
Oxu bülbülüm, oxu...
(Bir mahnidan xatirei
07. 07 . 2020 .