Gürcüstan əsilli şəhidlərimiz haqqda film çəkilir
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin sifarişi ilə, Gürcüstan əsilli şəhidlər haqqında sənədli film hazırlanıb. Sözügedən film "Lider Media" təşkilatının rəhbəri Azər Məmmədovun rejissorluğu, "24News.ge" və "VNV" prodakşının birgə əməkdaşlığı ilə lentə alınıb. Filmdə əslən Dmanisidən, Bolnisidən, Marneulidən, Qardabanidən, Tbilisidən və s. olan 22 şəhidin yaxınları onların qəhramanlığından və həyat hekayələrindən danışıblar. Filmin çəklişləri 2021-ci ilin fevral ayından başlayıb və 9 ay ərzində qeyd olunan rayonların bir sıra kəndlərində lentə alınıb. Qeyd edək ki, Birinci Qarabağ döyüşlərində Gürcüstandan onlarca şəhid var, lakin onların doğmalarından hazırda Gürcüstanda yaşayan olmadığı üçün, bu filimdə yer almayıbar.