Tərtərdə mina partlayışında yaralanan üç nəfərdən birinin ayaqları amputasiya edilib - YENİLƏNİB
Tərtərdə mina partlayışı nəticəsində xəsarət alanlardan ikisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, xəsarət alanlardan birinin hər iki ayağı amputasiya edilib.
Yaralılardan biri Polad Alış oğlu İsmayılov Tərtər Mərkəzi Xəstəxanasına, vəziyyəti nisbətən ağır olan digər iki şəxs isə Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
16:40
2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.
Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.