Azərbaycan Sankt-Peterburqla investisiya layihələrinin siyahısının mübadiləsini aparacaq
Azərbaycan Sankt-Peterburqun Ticarət və Sənaye Komitəsi ilə yeni məhsulların ticarəti və investisiya layihələrinin siyahısının mübadiləsi ilə bağlı razılığa gəlib.
“Report” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir” mövzusunda biznes forumda bildirib.
Y. Abdullayev vurğulayıb ki, Sankt-Peterburqda fəaliyyət göstərən dərman istehsalı ilə məşğul olan şirkətlər artıq Azərbaycanda dərman istehsal edirlər: “Bu sahədə perspektivlər genişdir”.
O ümid edir ki, ticarət dövriyyəsinin artımı ilə bağlı da gələcəkdə məlumat mübadiləsi aparılacaq:
“Mübadilə çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirmək üçün Sankt-Peterburqa ixrac missiyasının təşkil edilməsi vacibdir”.