Zelenski Putinə xəbərdarlıq etdi

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, əgər Rusiya referendumların nəticələrini tanıyarsa, o zaman onun Putinlə danışacaq başqa heç nə qalmayacaq.
Daha sonra Zelenski aşağıdakı tezisləri əhatə edən çœxışını davam etdirib:
▪️ Qeyd edib ki, onun daha əvvəl BMT Baş Assambleyasında elan etdiyi “sülh formulu”na cavab olaraq Rusiya Federasiyası səfərbərlik elan edib.
▪️ Rusiya Federasiyasının tam təcrid edilməsinə çağırıb. Həmçinin Moskvanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb etdi.
▪️ Rusiya Federasiyasının hər hansı hərəkəti (yəni “referendum”) heç nəyi dəyişmir.