"Küçə hərəkatı zərurətdən doğur..."

Abbas Əbdi: “Küçə hərəkatı zərurətdən doğur və onun mənfi təsirləri az deyil, amma xalqın başqa yolu yox idi”

İranın məşhur sosioloqu Abbas Əbdi İrandakı ayaqlanma ilə bağli deyib: "Məhsa Əmininin ölümü xalqın səbr kasasını daşıran son zərbədir. Bu müddət ərzində qadınlar alçaldılıb, qorxub və bir çox kişilərin də bu pis hissi yaşayan bacıları, qızları və anaları olub. Amma insanların dözümü böyük olduğundan, onların səbrinin tükənməsi illər çəkdi.
Yürüdülən bu yanlış siyasət dindarlığı artırdı, yoxsa qadın hicabını? Qətiyyətlə demək olar ki, xeyr, hətta mənfi təsiri oldu. Bu siyasət davam etdirilməməlidir. Bunların heç birinin quruluşu qorumaqla əlaqəsi yoxdur.

Dinc etirazlar üçün azadlığın olmaması, insanların tələblərini hökumətə çatdırmaq üçün azad medianın olmaması, ictimai fəallıq üçün açıq siyasi mühitin olmaması küçə hərəkatlarına səbəb olur. Bu hərəkatın zərurətdən yaranması təbiidir və əlbəttə ki, onun mənfi təsirləri az deyil, amma xalqın başqa çıxış yolu yoxdur".