Sumqayıt şəhər 33 saylı məktəbdə "ölü canlar" "dilləndi"...
Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə yoxlamalara başlanıb.
Bakupost.az-ın məlumatına görə, Əsgərova Rübabə Sahib qızının direktoru olduğu 33 nömrəli məktəbdə yoxlamaların aparılmasına səbəb çoxsaylı şikayətlərin olduğu göstərilir.
2 gündür davam edən yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları, o cümlədən "ölü canlar", şagirdlərin aylığa buraxılmaları və müəllimlərin adına qanunsuz əlavə dərslərin və dərnəklərin yazılması ilə bağlı ciddi maliyyə pozuntusu faktları aşkar edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.