Üçtərəfli danışıq iştrakçıları tərəfindən dəyərləndirildi
Məlum olduğu kimi, ABŞ, Azərbaycan və Ermənistanın müxtəlif səviyyəli nümayəndələri görüşüb, Qafqazda konfliktlərin həllini müzakirə ediblər. Tərəflərin ötən üçtərəfli görüşlə bağlı şərhləri aşağıdakı kimi olub:
Hikmət Hacıyev:
"Biz Amerika tərəfinə bu görüşü təşkil etdiyinə və regionda davamlı sülhün təmin edilməsi üçün göstərdiyi səylərə görə təşəkkür edirik. Ceyk Sullivan da razılaşdırılmış formada görüşün nəticələri barədə məlumat verdi. Əsas aspekt sülh gündəliyi üzərində işin konkret vaxt çərçivəsində davam etdirilməsidir. Görüşdə humanitar gündəliyin tərkib hissəsi olan sülh sazişi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, eləcə də piyada əleyhinə minalar və itkin düşmüş şəxslərlə bağlı danışıqlara dair müzakirələr aparılıb”.
Jake Sullivan:
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar apardım. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək üçün irəliyə doğru konkret addımları da müəyyən etmişik”.
Armen Qriqoryan:
“Biz Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə həlli prosesini, eləcə də regionda sülhün bərqərar olmasının zəruriliyini müzakirə etdik. Son təcavüzün nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğuladım”.