Süni intellektdən “Maşa və Ayı” animasiyası ilə bağlı şokedici CAVAB - VİDEO
Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” virtual səs assistenti artıq istifadəçilərə “Maşa və Ayı” cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir.
Bu barədə “Yandex” şirkətindən xəbər verilib.
Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndir və artıq məsələ həll olunub.
Qeyd edək ki, əvvəllər Maşanın niyə tək yaşadığını soruşduqda, “Alisa” cavab verirdi ki, qızcığaz öldürülmüş uşağın ruhudur, buna görə də böyümür və onu yalnız heyvanlar görə bilirlər. Valideynlər övladlarının itkisi ilə barışa bilməyərək, evi boş qoyub gediblər. Maşa isə ayıya ona görə işgəncə verir ki, qatili məhz odur.
Hazırda “Alisa”dan bu barədə soruşduqda üçüncü tərəf saytının versiyasını deyir. Buna əsasən, Maşa “Evdə Tək” filmində olduğu kimi valideynləri tərəfindən evdə unudulan uşaqdır.
Mənbə: RIA Novosti