Evi uçan aktyor: “Xanımım kömək etməsəydi, döşəmə ilə birlikdə qonşunun mənzilinə düşəcəkdim” - FOTO/VİDEO

Aktyor Eldar Bağırbəyovun evi uçub.

Lim10.az xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib. Onun sözlərinə görə, yaşadığı mənzilin sanitar qovşaq yerləşən hissəsi çöküb:

“Çətin vəziyyətdəyik. Qırx səkkiz ildir ki, Yasamal rayonu, Şamil Əzizbəyov 89, mənzil 14 ünvanında yaşayıram. İki il əvvəl divarlarda çatlar yaranmışdı. İki gün qabaq isə axşam saatlarında hamamda tavan çökdü. Ev yararsız vəziyyətdədir. Bununla bağlı qurumlara müraciət etmişdim. Lakin heç bir nəticə vermədi. İkinci mərtəbədə yaşayan qonşunun evinə də ziyan dəyib. 10-15 dəqiqədən bir daşlar tökülür. Çökən zaman xanım tutmasaydı, döşəmə ilə birlikdə mən də qonşunun evinə düşəcəkdim. 

Ayaqlarımda problem var. Əsa ilə gəzirəm. Hamam və tualetdən istifadə edə bilmirik. Döşəmə təmiz çöküb. Mənzil-Kommunal Təsərrüfatı Birliyindən cavab vermirlər. Çox çətin vəziyyətdir. Heç kimə durumu izah edə bilmirəm. Biabırçılıqdır”.

Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sorğu ünvanlamışıq.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Lim10.az (@oxuaz)

Nəzrin Vahid