Əli Xamneyinin səhhətinin ciddi şəkildə pisləşdiyini bildirlir

Müstəqil iranlı jurnalist Əli Cavanmərdi öz Twitter səhifəsində İranın ali dini lideri Əli Xamneyinin səhhətinin ciddi şəkildə pisləşdiyini bildirib.

“Tibbi mənbələrə görə, Xamneyi Rəcai xəstəxanasında açıq ürək əməliyyatı keçirdikdən sonra komaya düşüb. Əməliyyat zamanı kardiologiya və diplomatik şöbələrin bütün şəxsi heyəti xəstəxana binasından çıxarılıb. Tibb işçilərinin xəstəxana binasına daxil olmasına icazə verilmədiyi bildirilir.

Maraqlıdır, Xamneyi artıq ölüb, yoxsa ölümə yaxın vəziyyətdədir?” - Cavanmərdi yazır.