ABŞ Ukraynaya 1,1 milyardlıq təhlükəsizlik yardımı ayırdı

Pentaqonun mətbuata rəsmi açiqlamadına görə, ABŞ Ukraynaya 1,1 milyard dollar əlavə təhlükəsizlik yardımı verəcək. Həmin vəsait hesabına Kiyevə aşağidakı silahlar veriləcək:

- 18 HIMARS və müvafiq döyüş sursatları;
- 150 zirehli çoxməqsədli təkərli maşın (HMMWV);
- silahları yedəkləmək üçün 150 taktiki maşın;
- ağır texnikanın daşınması üçün 40 yük maşını və 80 qoşqu;
- pilotsuz uçuş sistemləri üçün 2 radar;
- 20 çoxfunksiyalı radar;

- İHA-nın əks-tədbir sistemləri;
- taktiki rabitə sistemləri, müşahidə sistemləri, optika;
— partlayıcı maddələr üçün avadanlıq;
— bədən zirehləri, sahə avadanlığı;
— Təlim, texniki xidmət və dəstək üçün maliyyə.