"HOPE LAKE Guest House"dən sifarişçilərinə qarşı ayı xidməti...

Aida xanım Tuzova "HOPE LAKE Guest House Zakatala"nın göstərdiyi xidmətdən şikayətçi olduğunu bildirir. Aidə xanımın şikayətini olduğu kimi təqdim edirik:

- Hörmətli redaksiya! 10 martda Novruz bayramı keçirmək üçün 23 və 24 mart tarixlərinə 2 ailə üçün 2 ev bron etməyə qərar verdik və qeyd olunan mehmanxana ilə əlaqə saxlayaraq ilkin ödəniş göndərdik. Lakin bir gün sonra valideyinlərimizin üzürlü səbəbdən gedə bilməyəcəklərini öyrəndik. Dərhal mehmanxana ilə əlaqə yaradaraq, bu məlumatı verdik və ödənilən ilkin məbləğin yalnız bir ev üçün nəzərə alınmasını xahiş etdik. Təqdim olunan cavab bizi təəccübləndirdi, səhifəni cavablayan admin ikinci evin bron olunmasına görə ilkin ödənişin digər evə keçirilməsinin mümkün olmadığını bildirirdi. Eyni gündə (12 mart) əlaqə saxlayıb, məsələni müzakirə etdikdən sonra, yalnız ikinci ev üçün digər müştəri tapdıqları halda bizim ilkin ödənişi birinci evə keçirəcəklərini söylədi. Telefon danışığından sonra, bu məsələ ilə bağlı bir daha bizi narahat edən olmadı və martın 15 instagram səhifələrində yalnız ayın 19 və 20 üçün boş evlər olduğu barədə post paylaşıldı. Postu görən kimi düşündük ki, ev üçün müştəri tapıldı. 23 mart tarixdə yola çıxdıq və rayona çatdıqda həmin ev üçün hələ də müştəri tapa bilmədiklərini öyrəndik. Məsələ orasındadır ki, həmin evə 12 gün ərzində müştəri tapılmamasının günahkarı mən olmadığım halda, zərəri mən çəkmiş oluram. Əlavə olaraq, həmin gün gecələyib növbəti gün oranı tərk etdiyimiz təqdirdə, bizdən hər iki gecənin ödənişi tələb edildi.

Beləliklə, narazı və yorğun halda mehmanxananı dərhal tərk etmək qərarına gəldik. Yaranmış problemlə bağlı personalın və rəhbərliyin laqeyid yanaşması bizi həmin məkandan narazı saldı və qərara gəldik ki, bir də o məkana getməyək."

Şikayətçinin iddiaları ilə bağlı qarşı tərzinin də mövqeyini dinləməyə hazırıq.