Paşinyan Praqaya sülh müqaviləsi ilə gedəcək

Erməni KİV-ləri yazır ki, Paşinyan oktyabrın 6-da əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Praqaya gedəcək.

▪️  “Keçmiş” qəzetinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sentyabrın 27-də Ağ Evdə Milli Təhlükəsizlik Müşavirinin təşəbbüsü ilə keçirilən görüşündə ABŞ prezidentinin nümayendəsi  Ceyk Sullivana, əsas sülh müqaviləsinin mətninin ilkin variantları müzakirə olunub. Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar. Qəzetin yazdığına görə, Paşinyan əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Aİ-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün noyabrın 6-da Praqaya yola düşəcək.

▪️  Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasında törətdiyi təxribatla bağlı açıqlamasında Ermənistan tərəfinin təxribatlarının növbəti sammit ərəfəsində məqsədyönlü şəkildə həyata keçirildiyini qeyd edib.