Şirkət iddia edir ki, bütün ölkə ərazisində keyfiyyətli zəng və internet xidmətləri hər kəs üçün əlçatandır. Hətta Nar Mobile 2024-cü ildə mobil operatorlarını daha geniş konspektdə təqdim etməyi planlaşdırır. Amma bunun heç bir faydası yoxdur. Əgər müştərilər xidmətdən razı deyillərsə, reklam çarxlarının dövrəyə buraxılması yalanı və boş təbliğatdan başqa bir şey deyil.
GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən əldə etdiyi məlumata görə "NAR"ın müştərisi olan Alı Məmmədov kəskin şəkildə şikayətçi olduğunu bildirib.
Beləliklə, Alı Məmmədovun şirkətə qarşı irəli sürdüyü şikayət məktubunu oxuculara olduğu kimi təqdim edirik:
"Nar" kimi oğru ikinci bir şirkət tanımıram. 12 AZN-lik paket istifadə edirəm. Mart ayının birində pulu ödədim. Paketim yeniləndi. Amma avtoödəniş qoymaq yadımdan çıxıb, ləğv etməmişdim. İkinci dəfə 12 AZN ödənildi balansıma. Ona görə də balansımı daim nəzarət edirdim ki, vəsait silinməsin. Beş gün bundan öncə gecə saat 00:00-dan sonra, paket yenilənməli olduğu halda yenilənmədi.
BBalansım görsənir, 160 mb internet qalığıda həmçinin. 01:30 operatora yazdım ki, niyə belədir? Deyir: hesabat dövrüdür, yenilənəcək. Hələ qalıq internetiniz var, istifadə edə bilərsiniz. Mən də istifadə etməyib, mobil interneti bağlayıb yatdım. Növbəti gün baxıram ki, 12 azn silinib. Operatorun cavabı isə budur ki, 03:53-də internet açıq qalıb, silinib. Demək mən paketim olmadığı halda interneti istifadə edirəm ki, balansım silinsin? Sonra da operatora yazım ki, belə-belə... Bakcell dən keçdik bura ki bəlkə nəsə olar, bu da belə. Haram xoşları olsun..."
Məlumat üçün bildirək ki, "NAR" və "Bakcell" bir sərmayəçiyə məxsusdur. Deməli, müştəri birindən qaçıb digərinin "toruna" düşür. Təəssüf.
İddialarla bağlı şirkətin rəsmi şəxslərinin mövqeyini dinləməyə hazırıq.