"Askona"un "dözümlü" çarpayıların 6 ay dözmədi...

Sosial şəbəkələr üzərindən media qurumlarına üz tutan Rəsul Hüseynli "Askona Azerbaijan" şirkətindən şikayətçidir. O, şikayət edərək bildirir ki, Avqust ayında həm çarpayı, həm də "matras" almışdım. Həmin əşiyaları alarkən mənə yataq dəstinin necə dözümlü olması ilə bağlı "şou" göstərildi və 10 il zəmanət verildi. 

Dekabr ayında isə çarpayı təqdim etdiyim şəkildəki hala düşdü. Zəng etdim gəlib şəkil çəkdilər və dönə-dönə bildirdilər ki, zəmanətə daxildir, biz həll edəciyik. Bir həftə sonra, özüm zəng etdim ki, nə xəbər var? Şirkətdən bildirdilər ki, ofis Rusiyada yerləşdiyi üçün ora məktub yazılıb və cavab olaraq guya çarpayını mən özüm bu hala saldığım üçün təmir olunmayacaq. 

Təmir olunmayacaqsa, niyə çarpayı üstündə şou göstərib 10 il zəmanət vədi verərək satırsınız? Mən çarpayının ayağını necə qıra bilərəm? Əgər 6 ay üstündə yatandan sonra orta dəmiri əyiləcəksə, niyə buna bu qədər pul verilir?

Adamlar söhbəti hər cür fırladırlar ki, bizlik deyil, baş ofis nə desə odur. Əgər baş ofis Rusiyadadırsa, necə müəyyən edir ki, çarpayını mən sındırmışam?

Tövsiyə edirəm ki, qəti şəkildə "10 il zəmanət" sözünə və "çarpayı çox dözümlüdür" şousuna aldanmayın!"