Fətvanı kim verməlidir? - İqtisadçıdan TƏKLİF
Bu gün mübarək Ramazan ayının sonuncu günüdür. Bu da o deməkdir ki, imkanı olan hər kəs bu axşam qazancından fitrə zəkatı verməlidir.
Təəssüf ki, bu məsələ uzun müddətdir ki, mübahisə subyekti olaraq qalır. Yəni kimin nə qdər fitrə zəkatı çıxartması barədə dəqiq fikir bildirilmir. Qafqaz Müsəlmanları İdarəsi isə ümumi bir fikir səsləndirir.
Məsələ ilə bağlı News365.az danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, bu gün Ramazan ayının sonuncu günü, yəni fitrə çıxartmaq üçün ilin yeganə günüdür, qalan günlər verdikləriniz yalnız sədəqədir:
“Kasıb əhali hər bir ailə üzvü və qonağı üçün beş manat, imkanı olanlarsa səxavətinə uyğun fitrə çıxarıb, kasıblara verdiyindən əmin olmalıdır. Amma bu məsələdə yekdil fikir yoxdur. Ramazanın son günü barədə mübahisələrə mənim şəxsi qənaətim budur ki, ölkə hökumətinin qərarı - fətvası mötəbər sayılmalıdır, bu məsələdə məsuliyyəti fətva verən qurum daşıyır, günahdısa onların məsuliyyətidir. Yəni bir fətvanı İran hökuməti, digərini isə Azərbaycan hökuməti verib. Biz Azərbaycan vətəndaşı olduğumuz üçün onun fətvasını mötəbər saymalıyıq. Çox təəssüf ki, bəziləri İranın fətvasını əsas sayır. Buna son qoyulmasının vaxtı çoxdan çatıb. Əsas dövlətin adından verilmiş fətvadır, Qafqaz Müsəlmanları İdarəsi ölkənin dini idarədir, onun fətvası dövlət adından verilmiş sayılır. Bu İslamın "rəhbərin qərarına itaət" prinsipidir”.
İlhamə Qiyas,