Sabah Krımda ilhaq sazişi imzalanacaq

Sabah saat 15.00-da Kremldə “yeni ərazilərin” Rusiyaya daxil olmasına dair “müqavilələrin” imzalanması mərasimi keçiriləcək.

Peskovun sözlərinə görə, sazişlər referendumların keçirildiyi bütün “4 ərazi” ilə imzalanacaq. Putinin çıxışı olacaq.

Yəni Ukrayna ərazilərinin ilhaqı ilə bağlı rəsmi açıqlama sabaha nəzərdə tutulub.

Gələn həftə bu qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənməlidir.