SEPAH-ın "Telegram" kanalı Azərbaycana və onun Prezidentinə qarşı təhdid yağdırdı
İran İnqilabının Keşikçiləri Korpusuna bağlı "Telegram" kanalı yenidən həyasızcasına Azərbaycana və ölkə Prezidentinə qarşı ittiham və təhdidlər yağdırıb: “Sən iranlıların qəsb edilmiş mülkünə söykənib, İran xalqına qarşı təxribat hazırlayırsan?
Atalarımızın tapdalanan hüququndan əl çəkən deyilik və İran xalqının səfirliyinin önünə göndərdiyiniz vəhşilər tezliklə İran milli pasportu axtarmağa məcbur olacaqlar.
Bu, özünü Şimali Azərbaycan vilayətinin qondarma rəhbəri elan edən sənə birbaşa mesajdır.
Təkrar edirik: “Özünü Şimali Azərbaycan vilayətinin qondarma rəhbəri elan edən...”".