Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO
Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır.
Xezerxeber.az xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır.
Sakinlərin bu məsələ ilə bağlı fikri birmənalı deyil.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, çəkilmiş, yəni farş ət adətən ətin çıxıntılarından hazırlandığı üçün ucuz təklif edilə bilir. Lakin bəzi hallarda farş ətin ucuz olmasının başqa səbəbləri də olur.
Mütəxəssis onu da əlavə edib ki, mövcud qaydalara görə çəkilmiş ətin baytarlıq arayışı olmalıdır. Həmin sənəddə də nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Məsləhət görülür ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: