Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.