Erməni əsgərinin meyiti tapılıb

Ermənistan Müdafiə Nazirliyi bir erməni əsgərinin həlak olması barədə məlumat yayıb.

Sentyabrın 30-da saat 23:40 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi, 2003-cü il təvəllüdlü Qraçya Tiqranoviç Karamyanın güllə yarası ilə meyiti aşkar edilib. İndiyə qədər məlum deyil ki, əsgər hansı şəraitdə həlak olub. Nazirlikdən bildirilib ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.