Gülün bəxti "gülmədi""
Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.
G.Əkbərova məhkəmədə deyib ki, təyyarəyə biletlər çox baha olduğu üçün quru yolla getmək istəyib, lakin saxlanılıb. Məhkəmənin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə edilib.