"Azərbaycan Avropanın etibarlı elektrik tədarükçüsünə çevriləcək"
İlham Əliyev: Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qaz tədarükünün şaxələndirilməsində və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.
Бunu Azərbaycan prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.
????“IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və dünyada mövcud geosiyasi vəziyyət bunu bir daha sübut edir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, ötən il Azərbaycanda qaz ixracatı 19 milyard kubmetrə yaxın olub ki, bunun da 8,2 milyardı Avropaya gedib, bu da əvvəlki illə müqayisədə 40 faiz çoxdur.
????“Bu il ixracımızı 22 milyard kubmetrədək artıracağıq və bunun 11,5 milyard kubmetr Avropa istehlakçılarına göndəriləcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə anlaşma memorandumu imzaladıq, bu, çox məzmunlu sənəddir. Buna əsaslanaraq, 2027-ci ilə qədər biz Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var”, - deyə dövlət başçısı bildirib.
Prezident həmçinin Azərbaycanın tezliklə Avropanın etibarlı elektrik enerjisi təchizatçısı olacağına əminliyini ifadə edib.
????“Azərbaycan uzun illərdir ki, beynəlxalq və ilk növbədə Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım prezidentin [Avropa Komissiyasının sədri Ursula fon der Leyenin] bərpa olunan enerji haqqında dediklərinə münasibət bildirmək istərdim - bu, həm də bu ilin iyulunda imzalanmış strateji enerji tərəfdaşlığı haqqında anlaşma memorandumumuzun bir hissəsidir.
Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək”, - İlham Əliyev bildirib.
????“Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişdirən, qitənin ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizinin təşəbbüskarı olmaqdan qürur duyur. SGC qazı istehlakçılara yeni marşrutla, eləcə də yeni mənbədən nəql edir.
Hələlik bu qazın yeganə mənbəyi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Bununla belə, Azərbaycanın bir neçə yeni qaz yatağında qaz hasilatına başlanacaq ki, bu da bizim tədarükümüzün həcmini artıracaq”, - deyə Azərbaycan lideri çıxışında bildirib