Fransa Bakıdakı səfirini geri çağırdı
Fransa rəhbərliyi ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Bunu çərşənbə axşamı Fransanın Xarici İşlər Nazirliyi bildirib.
Parisi narazı salan hərəkətlərlə bağlı təfərrüat açıqlanmayıb.
Fransa Prezidenti Emmanuel Makronun artıq səfir Ann Boyon ilə görüş keçirdiyi vurğulanıb.