Toyvo Klaar: “Aİ danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini dəstəkləyir” - FOTO/VİDEO
“Sərhəd komissiyalarının işi və hüquqi sənədlər, 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var”.
Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X” hesabında bildirib.
Diplomat vurğulayıb ki, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir:
“Avropa İttifaqı danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini tam dəstəkləyir”, - Klaar yazıb.
Encouraging news today regarding the work of the ????????and???????? border commissions and the start of a delimitation process based on legal documents and the 1991 Almaty Agreement. ???????? fully supports the process of negotiations and the aim of a comprehensive and lasting settlement.
— Toivo Klaar (@ToivoKlaar) April 19, 2024