Abşeronda ailəsi kişinin asılmış meyitini tapdı
Abşeronda kişinin mənzildən meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Daş Güzdək qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 1979-cu il təvəllüdlü Əlsafa Muxtarovun meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun asılmış meyitini ailəsi aşkar edib. Kişinin intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.