KTMT başçısı: "Qarabağda təhlükəsizliyi Bakı özü təmin edəcək"
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS informasiya agentliyinə açıqlamasında Azərbaycanın öz ərazisi olan Qarabağda təhlükəsizliyi təmin eləmək kifayət qədər qüvvəyə malik olduğunu bildirib.
KTMT rəhbəri deyib: "Rusiyalı sülhməramlıların Qarabağı tərk eləməsindən danışarkən bunu söyləyə bilərəm: indiki zamanda bura təhlükəsizliyi təmin eləmək üçün öz qüvvələrinə malik olan Azərbaycan Respublikasının ərazisidir... Hesab edirəm ki, regionda sabitlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən çox asılıdır".
Hürr Tərcüman