İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
İranda iki il ərzində ölkənin yoxsul təbəqəsinə səkkiz milyon nəfər əlavə olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran parlamentinin Tədqiqat Mərkəzinin hesabatına istinadən xəbər verib.
Bildirilir ki, 2017-2019-cü illərdə ölkədə yoxsulların sayı 10% artmaqla 20%-dən 30%-ə yüksəlib. Həmin dövrdən bəri bütün ayrılan xərclərə baxmayaraq yoxsulluq göstəricisi 30% olaraq qalıb.
“İllik dövlət büdcəsindən yoxsulluqla mübarizə üçün xərc ayrılır, ancaq xərclərin məbləği və strategiyası cəmiyyətdəki yoxsulluğun həcmini kompensasiya etmir. Nəticədə, büdcədəki dəstək siyasəti belə davamlı yoxsulluq səviyyəsini azaltmaq gücünə sahib deyil”,- deyə hesabatda bildirilib.