Bakcell ölkədə heç kimi və heç nəyi saymır
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, mobil rabitə sektorunda da inhisarçılıq höküm sürür. Düzdür, ölkədə guya üç mobil şirkət fəaliyyət göstərir. Lakin bunlarda ikisi - Bakcell və Narmobil şirkətləri əslində bir mərkəzdən idarə edilir. Yəni bir sahibkar kapitalını sadəcə olaraq, iki hissəyə bölüb, hərəsini bir şirkət kimi elan edib. Ona görə də, bir çox hallarda bu iki şirkətin problemləri üst-üstə düşür.
Məsələn, 21.09.2022-ci il tarixdə, axşam saat 18.00-20.00 radələrində hər iki şirkətdə eyni vaxtda rabitə problemi yaşandı. Sonradan isə bəlli oldu ki, bu problem əvvəlcədən bəlli olub və planlı texniki proflaktika səbəbindən baş verib. Lakin Bakcell mobil rabitə şirkəti bu barədə müştərilərini məlumatlandırmayıb. Bununla da şitkət öz müştərilərinin istehkakçı hüquqlarıni pozub.
Biz isə Lim10.az saytı olaraq 26.09.2022-ci il tarixdə bununla bağlı şirkətə iki sualdan ibarət sorğu göndərmişik. Bu günə qədər şirkət suallarımızı cavablandırmayıb. Belə çixir ki, müştəriləri və ölkə vətəndaşlari bir yana, Bakcell mobil rabitə şirkati medianı da saymır.