Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı aliəsinə qaytarıldı
Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan MTN İstintaq Baş İdarəsinin rəisi olmuş, 12 il həbs cəzası alan general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş 2 milyondan çox əmlakı Azərbaycan məhkəməsinin qərarı ilə ailəsinə qaytarıldı. Onların arasında xeyli sayda mənzillər, villalar, obyektlər, torpaq sahələri var. Bakı Hərbi Məhkəməsinin bəzi əmlakların üzərindən həbsi götürməsi generalın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin narazılığına səbəb olub.