"Biz qardaşıq, ..." - Hulusi Akar

Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq aqressiv xarakter daşımır.

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya rəsmi səfəri zamanı deyib.

O qeyd edib ki, hər iki dövlət hər birinin hüquq və qanunlarına hörmət edir.

“Biz regionda sülh mühitinin hökm sürməsini istəyirik. Son müharibədən sonra sülh əli Ermənistana uzandı. Biz bu təklifə müsbət cavab gözləyirik. Bu, bütün Qafqazda sülh və müvafiq olaraq rifah üçün vacib məsələdir”.

Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar tamamilə Azərbaycan xalqının hüquq və mənafelərinə əsaslanır.

Akar Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın üçüncü tərəflər üçün təhlükə yaratmadığını vurğulayıb:

“Prezident Ərdoğan və cənab Əliyevin qərarları qətidir. Biz qardaşıq, birik, bir yerdəyik və bu həmişə belə olacaq.