Dollar yenidən rublu çirkaba batırdı
Rusiya Mərkəzi Bankı oktyabrın 4-də açıqladığı valyuta məzənnəsi çoxları üçün gözlənilməz oldu.
Günün sonunda tənzimləyici dolların məzənnəsini dərhal 2 rubl 26 qəpik, avronun məzənnəsi isə 1 rubl 65 qəpik bahalaşdırıb.
Yenicə sərfəli mövqelərdə möhkəmlənən rubl yenidən problemlər yaşamağa başlayıb. Sözün əsl mənasında sıçrayış edərək, ticarət gününün başlanğıcında Amerika valyutası 53 rubldan 58-ə yüksəldi və günün sonradək bu məzənnə dəyişnədi. Rus ekspertlərin fikrincə, ola bilsin ki, belə güclü artıma Mərkəzi Bankın dünən açıqladığı məzənnənin hesablanması metodunun dəyişməsi səbəb olub. Lakin səbəbin nədən ibarət olmasına baxmayaraq, dollar milli valyutaya nisbətən bir gündə az qala 5 rubl dəyər qazandı.
Avro ilə vəziyyət bir qədər müsbətdir: ticarətin başlanğıcında Avropa valyutası 59 rubldan 57 rubla, bir az sonra isə 56,7 rubla düşüb.
Bu gün, 5 oktyabrda dollar 1.22 rubl, avro isə 1,77 rubl bahalaşıb.