DB Azərbaycanın göstərici proqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb
Dünya Bankı (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalında 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 4,2% artacağını proqnozlaşdırır.
Aprel ayında DB 2022-ci ildə Azərbaycanın ÜDM artımını 2,7% səviyyəsində proqnozlaşdırıb.
DB Azərbaycan üzrə 2023-cü il üçün ÜDM-in artım proqnozunu da yaxşılaşdırıb - 2,8%-ə qədər (aprel proqnozu - 2,2%). 2024-cü il üçün proqnoz 2,6%-dir (aprel proqnozu - 2,3%).
DB-nin hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı istehsalının artımı 1,1%, 2023-cü ildə 2%, 2024-cü ildə 2,2% olacaq.
Sənayedə 2022-2024-cü illərdə istehsal müvafiq olaraq 2,7%, 1,5% və 1,3%, xidmətlər sahəsində müvafiq olaraq 7,3%, 5% və 4,6% artacaq. (“İnterfaks”)