Rəqəmsal manat nə vaxt hazır olacaq?
Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyasının hazırlanmasını davam etdirir.
Bankın baş direktoru Fərid Osmanovun sözlərinə görə, qurum bu layihə üzrə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
"İstənilən tənzimləyici qurum tərəfindən rəqəmsal valyutanın reallaşdırılması əsasən monetar siyasətin düzgün aparılması və qiymətləndirilməsi, pul-kredit mexanizmlərinin qiymətləndirilməsi, daxili və xarici amillərin ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi üçün həyata keçirilir", - deyə o bildirib.
F.Osmanov əlavə edib ki, dünyanın bir sıra mərkəzi bankları özünün rəqəmsal valyuta konsepsiyalarını hazırlayıb, bəziləri isə onları sınaqdan keçirir.