Erməni yalanları ifşa edilir
Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə hücumundan 2 il sonra erməni tərəfinin yalanları ifşa edildi.
Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyinin o zamankı mətbuat katibi Artsrun Hovhannisyan atəşkəs razılaşmasından dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinin guya Qafanə zərbə endirməsi barədə yalan danışması (həmişə olduğu kimi) hamını çaşdırmaq məqsədi daşıyırmış. Halbuki, Qafana heç bir zərbə endirilməyibmiş. Bunu erməni fəallar özləri etiraf edir.
Erməni tərəfi Ovannisyanın timsalında oktyabrın 10-da erməni terrorçularının Gəncəyə hücumuna haqq qazandırmaq üçün bu dezinformasiyaya əl atıb. Yəni ermənilər özləri atəşkəs rejimini pozaraq, İrəvanın danışıqlar aparmaq iqtidarında olmadığını bir daha sübut etdilər.
Artıq Ermənistanın 44 günlük müharibədə törətdiyi hərbi cinayətlər haqqında həqiqətlər üzə çıxmağa başlayır.