Hərbi-ekspert Ermənistana səfərbərlik təklif edir

Van Hambardzumyan


Hərbi ekspert Van Hambardzumyan Ermənistan hakimiyyətini təcili səfərbərlik elan etməyə çağırıb.

Caliber.Az erməni mətbuatına istinadən xəbər verir ki, ekspert Ermənistan-Azərbaycan şərti sərhədinin bütün uzunluğu boyunca genişmiqyaslı eskalasiyanın olacağını proqnozlaşdırır.

Onun sözlərinə görə, son günlər kəşfiyyat PUA-larının uçuşlarının intensivliyində kəskin və ciddi artım müşahidə olunub.

“Bundan başqa, sərhəddə qoşunların, xüsusən də Azərbaycanın xüsusi təyinatlılarının, eləcə də hücum xarakterli hərbi texnikanın toplanması var. Bütün bunlar birlikdə növbəti hücum əməliyyatı keçirmək niyyətini proqnozlaşdırmağa əsas verir. Ermənistan sürpriz təsirinin qarşısını almaq və yenidən sentyabrın 13-14-də baş vermiş son hərbi əməliyyatlar zamanı olduğu kimi çoxsaylı qurbanlarla üzləşməmək üçün hadisələrin bu cür inkişafına hazır olmalıdır. Hazırlaşmalıyıq, səfərbərlik elan etmək lazımdır”, - Hambardzumyan bildirib.