Dördtərəfli görüşün yekun bəyanatı

Baş nazir Paşinyan, Prezident Makron və Prezident Mişel arasında dördtərəfli görüşün yekunlarına dair bəyanat, 6 oktyabr 2022-ci il

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada birinci Avropa Siyasi Birliyinin çərçivəsində Fransa Respublikasının Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşüblər.

Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Bunun sərhədin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclasının Brüsseldə keçiriləcəyini təsdiqləyiblər.

Ermənistan da Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına töhfə verməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabrda başlayacaq və maksimum iki ay davam edəcək. Bu missiyanın məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir